“Qafqazda münaqişələr daha təhlükəli mərhələyə keçə bilər”

0
364

Sakitlik, firavanlıq və gələcək nəsillərin təhlükəsizliyi bir çox hallarda bizim qəbul edəcəyimiz qərarlardan asılıdır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 71-ci sessiyasındakı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün yüz minlərlə uşaq, qadın və qoca planetin münaqişəli zonalarında, o cümlədən Suriya və İraqda qurban olur. Bununla belə, ölümdən və zorakılıqdan qaçan qaçqınlar Avropa şəhərlərində alçaldılır və təhqir edilirlər.

“Regionda bir çox terror təşkilatları fəaliyyət göstərir. Qafqazda münaqişələrin daha təhlükəli – isti mərhələyə keçməsi riski qalmaqdadır. Problemlər həmçinin Yəməndə və Ukraynada da qalır. Eyni zamanda bir çox ölkələrin sakinləri aclıqdan, yoxsulluqdan və xəstəliklərdən əziyyət çəkirlər. Bu mənzərə bəşəriyyət üçün biabırçılıqdır”, – deyə prezident Ərdoğan vurğulayıb.

Türkiyə dövlətinin başçısının sözlərinə görə, halbuki dünyadakı mövcud böhran və problemlərin əksəriyyətinin yüngül həll yolları var.

R.T.Ərdoğan BMT-də təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatların keçirilməsinin vacibliyini də qeyd edib. “BMT-də islahatların aparılmasının vaxtı çatıb. Bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslər çox mühümdür. İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”, – deyə Ərdoğan bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 6 =