Qətərdən Türkiyəyə jest: Tam hazırıq

0
519


 

Türk müştərilərimiz nə zaman istəsə, mayeləşdirilmiş təbii qaz (LNG) nəql edə bilərik.

Axar.az xəbər verir ki, bu sözləri Qətərin Energetika və Sənaye naziri Məhəmməd Sada deyib.

“Mövcud razılaşma əsasında Türkiyə tərəfinə istənilən zaman və istənilən miqdarda LNG göndərə bilərik. Yəni həcm məhdudiyyəti yoxdur. Türkiyə ilə əlaqələrimiz mükəmməldir. Keçmişdə əlaqələrimiz bu şəkildə davam edib, bundan sonra da belə olacaq. Qətər hər zaman Türkiyəyə xüsusi önəm verir. Bu, sadəcə enerji sahəsində deyil, bütün sahələrdə belədir”, – nazir bildirib.

Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə Qətərdə səfərdə idi.

 

BIR CAVAB BURAXIN