“Qələbəmizdə De Xeanın böyük xidməti oldu”

0
491

“Manşester Yunayted”komandasının baş məşqçisi Ule Qunnar Sulşer komandasının səfərdə “Tottenhem”-ə qalib gəlməsində qapıçı De Xeanın böyük xidməti olduğunu söyləyib.

Arazinfo.com-un sports.ru-ya istinadən verdiyi xəbərə görə, Sulşer qalib gəlmələrini yaxşı nəticə adlandırıb: “Səfərdə “Tottenhem” kimi komandanı məğlub etmək həqiqətən də yaxşı nəticədir. Bizikinci hissədə rəqibin aramsız hücumlarına tab gətirə bildik. Çünki bizim yaxşı qapıçımız var. Biz rəqiblə oyunda Marsyal, Reşford kimi sürətli, Poqba və Linqard kimi texnikalı oyunçularla əks-hücum taktikası üzərində oyunumuzu qurduq. Bu düzgün oyun taktikası idi. Qapıçımız De Xeanın oyunu isə bu gün əsl mənada fantastik idi. O, 11 dəfə qapını 100 faizli qoldan xilas etdi. Onlardan ikisini isə tutmaq ümumiyətlə qeyri-mümkün  hesab edilirdi”.