ABŞ-da baş verən qəzada bir nəfər ölüb

0
446

ABŞ-da dəhşətli təyyarə qəzası baş verib.

Arazinfo.com-un CNN-ə istinadən verdiyi xəbərə görə, təyyarə yaşayış evinin üstünə düşüb. Hadisə Cənubi Dakota ştatının Su-Fols şəhərində baş verib. Qəza nəticəsində təyyarənin pilotu hadisə yerində dünyasını dəyişib. Amma ölənlərin sayının arta biləcəyi istisna edilmir. Hələlik təyyarənin hansı səbəbdən, texniki nasazlıq, yoxsa pilotun ani diqqətsizliyi nəticəsində idarəetməni itirməsindən baş verib-vermədiyi bilinmir. Müvafiq qurumlar tərəfindən hadisə yerində araşdırma aparılır.