Putinlə Sarkisyan razılaşdı: silahlar İrəvana göndərilir

0
369

Serj Sarkisyan Sankt-Peterburqa səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Ermənistana silahın çatdırılması ilə bağlı razılaşıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib.
Erməni vitse-spiker Moskva ilə əlaqələri dərinləşdirməyin vacibliyinə toxunub. Bildirib ki, silahlanma sahəsində əməkdaşlıqla bağlı razılaşmalar əldə olunub.
Qeyd edək ki, ötən il İrəvanda Rusiyaya qarşı keçirilən “elektromaydan” hadisələrindən sonra Kreml erməniləri sakitləşdirmək üçün 200 milyon dollar silahın kredit şəkilində verilməsi ilə bağlı müqaviləyə imza atmışdı. Lakin indiyə qədər nəzərdə tutulan həmin silahlar verilməyib.
Burada səbəblərdən biri Rusiyanın Azərbaycanla münasibətlərə önəm verməsidir.
Ermənistan mediası isə burada başqa səbəblərin olduğunu yazıb. Belə ki, Rusiya ermənilər ittifaqının rəhbəri Araras Abramyanın müəssisələrindən biri “Rosoboroneksport”un tərəfdaşıdır. Araras həmçinin “Rostex”in Sergey Çemezovla qonşudur. Araras öz zavoduna sifarişi təmin etmək üçün Ermənistana silahın verilməsini əngəlləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 + 12 =