Putinin xəstələnib və ölkəni idarə edə bilmir ?

0
809

Son illər ərzində ilk dəfə olaraq, Vladimir Putin sağlamlığı ilə əlaqədar bir neçə ictimai tədbirlərini təxirə salıb və bununla lider kimi uzun müddətə yararlığına şübhə yaradan şayiələrə səbəb olub.

O, bazar ertəsi Soçiyə getməyib. Çərşənbə axşamı Kremldə mikroelektronikaya dair diskussiyalar keçirilməyib. Çərşənbə günü isə prezident Moskvada keçiriləcək “Mentor 2018” forumuna qatıla bilməyəcək. Gələn həftə isə onun Rusiyanın Uzaq şərqinə səfəri baş tutmayacaq.

“The Independent” yazır ki, Putin özünün ictimaiyyət qarşısında son çıxışı zamanı kifayət qədər xəstə görünürdü. Kremlin keçirdiyi “Rusiya liderləri” yarışında onun səsi zəif idi və o, elə hey öskürürdü.

Ötən həftə Putini Sibirə səfəri zamanı müşayiət etmiş “The Independent” müxbiri də eyni mənzərənin şahidi olmuşdu. Prezident çıxışını güc-bəla ilə edir, çoxlu səhvlər buraxır və diqqətsiz görünürdü.

Çərşənbə axşamı prezidentin mətbuat katibi Dmitri Peskov Putinin ciddi xəstə olduğuna dair mülahizələri təkzib etməyə çalışıb. O deyib ki, bu günlər prezident ya Kremldə, ya da özünün Novo-Oqaryovadakı iqamətgahında işləyəcək.

“İş cədvəli qüvvədə qalır, amma prezidentə soyuq dəydiyi nəzərə alınıb. Özünüz onun səsini eşidirdiniz. Qışdır da, başa düşürsünüz yəqin” -Peskov deyib.

Lakin bazar günü Peskov sözünü dəyişərək bəyan edib ki, Putin Saratov Hava Yolları təyyarəsinin qəzası ilə bağlı bütün qalan işlərini təxirə salıb. Peskovun sözünü qısa bir müddətdə belə tez dəyişməsi Putinin sağlamlığı haqqında şayiələri daha da qızışdırıb.

Hakimiyyəti xəstə Boris Yeltsindən qəbul edəndən bəri Putin özü haqqında fiziki sağlamlıq imici yaradıb. O, gah köynəksiz at sürür, buzlu suya girir, cüdo və üzgüçülüklə məşğul olur, hətta kosmetik gözəlləşdimə metodlarına əl atır – bir sözlə qocalıqdan immunitetə malik olduğunu nümayiş etdirirdi.

Liderlərini, adətən, qoca və xəstə görən ruslara başçının belə gümrahlığı ləzzət verirdi. Amma indi liderin 65 yaşı var və onun hər dəfə xəstələnməsi bu rəyin dəyişməsinə səbəb olur.

Amma cənab Putinin sağlamlığı bundan əvvəl də geniş müzakirələrə səbəb olub. 2012-ci ilin sonlarında Putin bir neçə xarici səfərlərini ləğv etmiş və ictimaiyyətin nəzərlərindən ümumiyyətlə itmişdi. O vaxt Kreml iddia etmişdi ki, cənab Putin məşq zamanı aldığı zədələri müalicə etdirir. O vaxt buna çox az adam inanmışdı.

PiutinFotonun müəllifiEPA
Image caption“Kremlə yaxın mənbələr” “The Independent” qəzetinə deyiblər ki, Putinin dördüncü müddətə prezidentlik üçün kampaniya apara biləcəyinə dair ciddi şübhələr var

“Kremlə yaxın mənbələr” “The Independent” qəzetinə deyiblər ki, Putinin dördüncü müddətə prezidentlik üçün kampaniya apara biləcəyinə dair ciddi şübhələr var.

“The Independent” yazır ki, cənab Putinin sağlamlığı əhəmiyyətsiz məsələ deyil. O, hakimiyyətdə qaldıqca öz taleyini bütövlükdə ölkənin taleyi ilə sinonim edib.

Buna görə də onun ifrat şəxsiyyətləşdirilmiş siyasi sisteminin hər hansı keçidə yararlı olacağlına dair şübhələr var.

Hər bir şeyə nəzarət edən lider obrazı mübaliğəli səslənsə də, Putinin Rusiya hökumətində bir-biri ilə az qala müharibə aparan klanları bir arada saxlaya bilən yeganə şəxs olması barədə fikir də həqiqətdir.

Mart ayında Putin növbəti 6 il üçün prezidentlik mandatı alacaq. Lakin bundan sonra nə baş verəcəyini kimsə bilmir.

BIR CAVAB BURAXIN