Putinin Ərdoğana nə pıçıldadığı məlum oldu

0
616

Ötən həftə sonu Çində keçirilən G-20 sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşün bəzi detalları məlum olub.

Türkiyənin “Sözçü” qəzeti diplomatik mənbələrə istinadən Putinin Ərdoğana Moskvada Suriya rəhbəri Bəşər Əsədlə görüşməyi təklif edib.

Ərdoğanın Əsədlə Moskvada görüşə biləcəyinə dair xəbəri hələ ötən həftə Livan mənbələri yayıb. Xəbərə əsasən Rusiya tərəfinin təşkil edəcəyi bu görüş 18-22 sentyabr aralığında baş tuta bilər. Hələlik rəsmi Ankara bu xəbəri təkzib etməyib.

Bildirilir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər normallaşsa da Suriya məsələsində ciddi ixtilaf qalmaqdadır. Bu, əsasən Bəşər Əsədə münasibət məsələsidir. Bundan əvvəl Ankara Suriya məsələsində mövqeyini dəyişib və Əsədin keçid hökuməti formalaşana qədər hakimiyyətdə qala biləcəyini ifadə edib. Nəticədə Türkiyə öz mövqeyini 180 dərəcə dəyişdirib. Lakin Əsədlə birbaşa təmas məsələsində Ankaranın tərəddüdləri qalır. Xəbərə görə Putin bu məsələni həll etmək üçün Ərdoğana Əsədlə Moskvada görüşməyi təklif edib. “Bu görüş üçün tarix də müəyyən edilib, sentyabrın 18-i, 22-i arası. Hələlik Türkiyə tərəfi təklifə münasibət bildirməyib, eyni zamanda qəti şəkildə “yox” da deməyib”-mənbə bildirib.

Rusiya tərəfi isə Moskvada Əsəd-Ərdoğan görüşünün mümkünlüyü haqda xəbərləri təsdiq etmir. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu haqda deyilənlər “şaiyə”dir.

Virtualaz.org

BIR CAVAB BURAXIN