Putin Nazarbayevlə Bakı-Tbilisi-Qars layihəsinə alternativ hazırlayır

0
629
 

“Çindən Rusiya və Qazaxıstan əraziləri vasitəsilə Avropaya yeni dəmir yolunun işə salınması ölkələrin sənayesinə və logistikasına müsbət təsir edəcək”.

Bunu prezident Vladimir Putin 9 noyabrda Çelyabinskdə keçirilmiş Rusiya Federasiyası və Qazaxıstan Respublikasının regionlararası əməkdaşlıq üzrə XIV Forumunun plenar sessiyalarının yekununda deyib.

“Mən Çin Xalq Respublikasından Qazaxıstan və Rusiya vasitəsilə Avropaya dəmiryolu magistralının böyük tikinti layihəsinin mümkün reallaşdırılması haqqında Nursultan Abişeviçin (Nazarbayevin) dediklərinə qoşuluram. Bu, istehsalın bütöv sahələrinin inkişafında çox yaxşı stimul ola bilərdi”, — deyə o vurğulayıb.

“Bu bir sıra sahələrin inkişafına yaxşı impuls verərdi, çünki layihə çox genişmiqyaslı ola bilər”, — Putin bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bu, Rusiyadan yan keçərək Avropanı və Asiyanı bağlayan yeni dəmir yolu marşrutu, nəqliyyat dəhlizidir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

BTQ-nın  tikintisinə 2007-ci ildə başlanıb. Ümumi uzunluğu 826 kilometrdir. Dəhlizin maksimum yükkeçirtmə gücü ildə 17 milyon ton təşkil edəcək.

Onu da xatırladaq ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçirilən son sammitində İlham Əliyev iki nəqliyyat dəhlizinin: Bakı-Tbilisi-Qars və “Şimal-Cənub” marşrutlarının birləşdirilməsi  təşəbbüsü ilə çıxış edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN