Pul köçürmələri nəzarətə götürülür

0
321

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib. Bu barədə bank dairələrindən bildirilib.

Məlumata görə, müraciət MBNP-nın baş icraçı direktoru İbrahim Alışov və Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədovun adından edilib. Müraciətdə bildirilir ki, Palata rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin pul köçürmələri ilə bağlı hesabat formasını təsdiq edib. Hesabat forması aylıq əsasda quruma təqdim olunmalıdır.
Bununla bağlı, bu gün saat 14:30-da MBNP-nın inzibati binasında bankların aidiyyəti strukturunu təmsil edən əməkdaşlarının iştirakı ilə görüş keçiriləcək.
Qeyd edək ki, hesabat malların ixracı və idxalı, akkreditivlər və qabaqcadan ödənişlər, xidmətlər, gəlirlər və xərclər, cari transfertlər, kapital transfertləri, investisiyalar, hasilatın pay bölgüsü müqavilələri üzrə pul köçürmələrinə dair məlumatların təqdim olunmasını nəzərdə tutur.  /”Report”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + 5 =