Avropa Liqası: Bütün 1/4 finalçılar bəlli oldu

0
527

UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

 

8 oyundan 3-ü saat 22:00-da start götürüb ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edib.

 

Yunanıstandan sərfəli nəticə ilə dönən İstanbul təmsilçisi möhtəşəm qələbə ilə 1/4 finala adlayıb. Hətta matçın gedişində 10 nəfərlə qalmaq da “Beşiktaş”a mane olmayıb.

 

“Selta” isə Rusiyada 2 cavabsız qola sevinib.

 

“Genk” – “Gent” cütlüyündə isə bərabərlik meydan sahiblərinin növbəti mərhələyə yüksəlməsinə mane ola bilməyib.

 

Saat 00:05-də start götürən oyunlarda isə azarkeşlər gərgin rəqabətə şahidlik ediblər. “Mançester Yunayted” doğma meydanda “Rostov”u tək qolla keçib.

 

“Ayaks” da qələbə qazananlardan olub – 2:0.

 

“Lion” “Roma”ya 1:2 hesabı ilə uduzsa da, doğma meydandakı qələbə fransızları üstün edib.

 

Almaniya derbisini isə “Şalke” qazanıb. Doğma meydanda 1:1 ilə razılaşan helzenkirhenlilər səfərdə əldəetdiyi 2:2-lik heç-heçə ilə 1/4 finala çıxıb.

 

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

 

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 4:1

Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 – Elyunussi, 31

 

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, “Vodafone Arena”

İlk oyun – 1:1

 

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) – 0:2

Qollar: Mallo, 52, Aspas, 80

Baş hakim: Ruddi Buke (Fransa)

Krasnodar stadionu

İlk oyun – 1:2

 

“Genk” (Belçika) – “Gent” (Belçika) – 1:1

Qol: Kastanye, 20 – Verstraet, 84

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Genk, “Luminus Arena”

İlk oyun – 5:2

 

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) – 2:2

Qollar: Kristensen, 26, Dahud, 45+2 – Qoreçka, 54, Bantelab, 68

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Mönhenqladbax, “Borussia-Park”

İlk oyun – 1:1

 

“Anderlext” (Belçika) – APOEL (Kipr) – 1:0

Qol: Açemponq, 65

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Brüssel, “Konstant Vanden Stok”

İlk oyun – 1:0

 

“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) – 2:0

Qollar: Traore, 23, Dolberq, 45+3

Baş hakim: İvan Krujlyak (Slovakiya)

“Amsterdam Arena”

İlk oyun – 1:2

 

“Roma” (İtaliya) – “Lion” (Fransa) – 2:1

Qollar: Strutman, 18, Tusart, 68 – Diaxabi, 16

Baş hakim: Viktor Kassai (Macarıstan)

Roma, “Olimpiko”

İlk oyun – 2:4

 

“Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) – 1:0

Qol: Mata, 70

Baş hakim: Gediminas Majeyka (Litva)

Mançester, “Old Trafford”

İlk oyun – 1:1

 

BIR CAVAB BURAXIN