Prezident qızlarının inanılmaz varidatı: Təsəvvüredilməz yaşam, ağlasığmaz pullar…

0
572

İslam Kərimovun vəfatı ailəsi ilə bağlı bir çox məsələləri gündəmə gətirib. Xüsusilə mərhum dövlət başçısının övladlarına qoyub getdiyi sərvət və onun həcmi dillərə dastandır.

Publika.az Kərimovun övladlarına miras qoyduğu sərvətlə bağlı araşdırmasını təqdim edir:

 

Başlayaq Kərimovun böyük qızı Gülnarə Kərimovadan. Xanım Kərimovaya məxsus xaricdəki daşınmaz əmlakların siyahısı ilk dəfə mətbuata 2013-cü ildə sızıb. Həmin siyahıdan bəlli olur ki, Gülnarə dünyanın hər bir tərəfində öz evində yaşaya bilər.

Gülnarə Kərimovanın sərvətinə daxil olan daşınmaz əmlaklar:

 

  1. Böyük Britaniyadanın paytaxtı Londonda “25 Chesham street” də  4 mərtəbəli binanın 1,3,4-cü mərtəbələrdəki evlər.

 

  1. Londonda daha bir ev. Hansı ki “Porchester Industries Ltd” şirkətinin adına rəsmiləşdirilib.

 

  1. Honq Konqda 80A Moon Tower, The Arch, 1 Austin Road West, Kowloon, Honq Konq ünvandakı ev. Mənzil, “RUDOLPH ALLIANCE INC” tərəfindən 36 milyon ABŞ dollarına əldə edilib.Rəsmiləşdirmə işlərinə əlavə 2 milyon dollar xərclənib. “RUDOLPH ALLIANCE INC” şirkəti Britaniyanın Virgin adalarında qeydiyyatdan keçib. Şirkətin təsisçisi “Expoline LTD”-dir (Hong Kong). Bu şirkətin də tamhüquqlu sahibi R.T. Madumarovdur.

 

  1. Kərimovanın Ərəb Əmirliklərində də daşınmaz əmlakı var. Bunlar Crescent Road West, The Palm Jumeirah, Dubai, United Arab Emirates, P.O.Box: 27722, Dubai, United Arab Emirates adresində yerləşən №31 və №33 (Zabeel Saray Royal Residence, Villa # 31, 33) üvanlı villalardır. Hər iki villa başqasının adına rəsmiləşdirilib. Villalar 36,9 milyon dollara satın alınıb.

 

  1. Elit yaşayış kompleksi “Bonnington, Jumeirah Lakes Towers” də UAE, Dubai, Emirates Hills First, Bonnington tower Bldg, penthouse 4001—4003 ünvanında yerləşən mənzil də Gülnarənindir.

 

  1. G.Kərimova eyni zamanda “The PALM JUMEIRAH”da 13,1 milyon dollar dəyərində əraziyə şahıdır.

 

  1. Onun “DUBAI MARINA” rayonunda yerləşən “DAMAC HEIGTS” göydələnlərində də 2 mənzili var. Qeyd edək ki, binadakı mənzillərin dənizə baxan hissəsində kvadratmetrin qiyməti 2900 aed (800 dollar), marinaya baxan hissəsində 2800 aed (760 dollar), şəhərə baxan hissəsində  2300 aed (630 dollar) təşkil edir.

 

 

  1. Fransada Château de Groussay rue de Versailles 78490 Montfort l´Amaury ünvanındakı şato isə 2011-ci ildə 30 milyon avroya satın alınıb. Əmlakın sahibi “SCI Rubis International” şirkətidir. Təsisçi yenə də R.T. Madumarovdur.

 

  1. Ailənin Fransa ilə daşınmaz əmlak alqı-satqısı bununla bitmir. Kərimovaya Parisdə Monyry 75015 Paris  ünvanında da mənzil alınıb. Mənzil 2007-ci ildə “Expoline Ltd” şirkəti tərəfindən 30 milyon avroya əldə edilib. Sonradan onu 29 milyon avroya “SCI Invest Servis Group” un adına rəsmiləşdiriblər. Təsisçi yenə də R.T. Madumarovdur.

 

  1. San-Tropedə 34 LOT Chenarae 1, 83580 Gassin ünvanında daha bir villa. 2010-cu ildə 2,5 milyon avroya “SCI Invest Studio” tərəfindən satın alınıb. Şirkətin təsisçisi yenə də R.T. Madumarovdur.

 

  1. Rusiya Federasiyası da sıyahıdan kənarda qalmayıb. Gülnarənin Moskvada Sivaşskaya küçəsi ev 6/1, mənzil 58 ünvanında bir otaqlı evi var. Mənzilin sahibi R.T. Madumarovdur.
  2. Bundan əlavə o, Moskva şəhəri Krasina ünvanında 21 mərtəbəli binada 3 otaqlı ev alıb.
  3.  Komsomol prospektində 420 kvadratmetr ərazisi olan daha 3 otaqlı  mənzil.
  4.  Moskva kənarında villa.
  5. Gülnarənin əmlak kolleksiyasına eyni zamanda Krımın Yalta şəhərində Kiparinsnaya küşəsində ponsianat və mehmanxana daxildir.
  6. Bütün milyarderlər kimi G.Kərimovanın İsveçrədə evi olmasaydı, bu, təəccüb doğurardı. Onun Cenevrənin 7 Chemin De La Prévôté, Cologny, Geneva ünvanında villası var. Tikili daxil ərazi 2473 kvadratmetr təşkil edir. İsveçrə mətbuatının yazdığına görə, evin rəsmi sahibəsi Gülnarə Kərimovadır. O villanı 2009-cu ildə 18,2 milyon dollara satın alıb.

İ.Kərimovun kiçik qızı Lola Kərimovanın evlərinin sayı elə də geniş deyil. Amma dəyər ifadəsində Lolanın əmlakları daha bahadır.

 

58 milyon dollar dəyərində Le Palais adlı malikanə. Los-Ancelesdə yerləşən villa haqqında xəbərlər 2013-cü ildə yayılıb. Uzun müddət Avropa və Amerika mətbuatının manşeti olub. Hər kəsi də bir sual düşündürüb diplomatik statusu olan Lola Kərimova malikanəni necə satın alıb.

 

The New York Times-ın yaxınlarda apardığı araşdırmanın nəticələrinə görə, Le Palais malikanəsi Lola Kərimovanın Los-Ancelesdə yeganə əmlakı deyil.

 

L.Kərimovanın Los-Ancelesdə əmlakına dair xəbərlər məşhur memar Məhəmməd Hadid haqqında məqalədən aşkara çıxdı.

Virtualaz.org

BIR CAVAB BURAXIN