Poroşenko Saakaşvilini həbs etdirdi -Son dəqiqə – VİDEO

0
643


Ukrayna hüquq-mühafizə orqanları əməkdaşlarının Gürcüstanın eks-prezidenti, “Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilini həbs etməsi haqda xəbərlər yayılıb. Bu barədə Rada üzvü, xalq deputatı Yuri Derevyanko “News One” kanalına müsahibəsində bildirib. “Biz məlumat almışıq ki, Saakaşvili həbs edilib. Ona şübhəli şəxs qismində tutulması haqda rəsmi sənəd təqdim edilib, yaxud ediləcək”-deyə deputat  söyləyib.
Saakaşvilinin vəkili Ruslan Çornolutski “InfoResist” nəşrinə şərhində siyasətçinin həbs edildiyini təsdiqləyib.
“Biz müvəkkilimə  hansı cinayət işi əsasında “şübhə” haqda sənəd təqdim edilməsini və buna qədər orada hansı istintaq işləri aparıldığını anlamırıq”-deyə vəkil bildirib.
Xatırladaq ki,  səhər saatlarında  Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının  eks-qubernatorun evində axtarış aparması haqda məlumat yayılmışdı. Xəbərdə buna etiraz edən Saakaşvilinin yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq onları özünü atacağı ilə hədələdiyi də bildirilmişdi.
 

BIR CAVAB BURAXIN