Paşazadələrlə şəriklik məhkəməyə apardı

0
609

11

Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin ailə üzvlərinin, həmçinin qardaşı, deputat Cavanşir Paşazadənin şəriki olmuş Müğdət Həşimov mühakimə olunur. O, şərikli klinikadan 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanır.

2015-ci ilin avqustunda həbs olunan Müğdət Həşimova CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələrilə ittiham verilib. Amma o, ittihamlarla razılaşmır və özünü təqsirli bilmir. Deyir ki, Paşazadələrin sifarişi əsasında dəmir barmaqlıqlar arxasına salınıb. Noyabrın 7-də keçirilən məhkəmə iclasında həmin fikri bir daha dilə gətirib.

 

“Hamı bilir ki, sifarişlə həbs olunmuşam”

“Möhtərəm hakim, aylardır, günahsız yerə həbsdəyəm. Azacaq vicdanı olan hər kəs yaxşı bilir ki, mənim heç bir günahım yoxdur. Sifarişlə həbs olunduğumu hamı bilir”, Müğdət Həşimov hakim Novruz Kərimova belə deyib.

O, vəkilindən imtina etdiyini açıqlayanda hakim irad tutub ki, belə bir niyyəti vardısa, bu addımı vaxtında atmalıydı. İndi artıq məhkəmə istintaqı başa çatır.

Cavabında Həşimov hakimlərin yadına salıb ki, vəkili məhkəmə prosesinin gedişində iş üçün əhəmiyyətli olan 6 vəsatət qaldırıb. Lakin məhkəmə onların heç birini təmin etməyib. Onun fikrincə, bu da işin sifarişli olmasının göstəricisidir.

“Bəs mən neyləyim? Yüz il verin, çıxım gedim. Hamı da bilir ki, haqlı olan mənəm. Heç bir günahsız, sifarişlə həbs olunmuşam, məhkəmə də elə bu şəkildə gedir”, – Müğdət Həşimov etiraz edib.

Hakim:

– Məhkəməyə heç kim sifariş verə bilməz. Bu işə qanun necə deyirsə, elə də baxılır.

M.Həşimov:

– Əgər qanun olsaydı, mən burda olmazdım.

“Biz istəyirik ki, sülh olsun…”

Bu yerdə Müğdət Həşimovun məhkəmə zalında olan bacısı da müdaxilə edərək, qardaşının günahsız olduğunu bildirib. Əlavə edib ki, qardaşının həbsinin əsas səbəbkarlarından biri Cavanşir Paşazadənin işlərini görən Ramazan Zeynalovdur (Hacı Mazan kimi tanınır – red.): “Cənab hakim, Hacı Mazan deyir ki, “Müğdət bizim dustağımızdır”. Belə ədalətsizlik olar? Biz istəyirik ki, sülh olsun, barışıq olsun. Qardaşımın 60 yaşı var, özü də xəstədir, övladı da. O biri tərəf niyə məhkəmədə iştirak etmir? Onları bura niyə gətirmirlə

Məhkəmə iclasının sonunda hakim təqsirləndirilən şəxsin vəkilə etirazını qəbul edib. Eyni zamanda, ona vaxt verilib ki, yaxınları yeni müdafiəçi ilə müqavilə bağlasın.

Məhkəmə davam edir.

Paşazadələrlə şərikliyə son qoyulandan sonra

Müğdət Həşimovla “Aygün-C” MMC-nin təsisçiləri arasında 2012-ci ilin dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqqında” müqavilə bağlanıb. Müqaviləyə əsasən, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olub. Onlar şərikli klinika işlədiblər. Şərtə görə, təsisçilər bankdan 700 min manat kredit götürüb Müğdət Həşimova verib ki, lazımi avadanlıqlar alınsın, sonra əldə olunan vəsaitlə 2018-ci ilə qədər krediti ödəsin. Bankın pulu ödəniləndən sonra klinikanın gəliri Paşazadələrlə Həşimov arasında bölünməli imiş. Amma sonradan şərikliyə son qoyulub, klinika bağlanıb, Həşimov da həbs olunub.

BIR CAVAB BURAXIN