Panama sənədləri: Mossack Fonseca firmasının qurucuları həbs edildilər

0
310


Vergi cənnəti - Mossack Fonseca hüquq firması

Vergi cənnəti – Mossack Fonseca hüquq firması

Panama prokurorları bu ölkədə məşhur hüquq firması Mossack Fonseca-nın iki yaradıcısını həbs ediblər.

Bu firma 72 hazırkı və ya keçmiş dövlət başçısı da daxil, dünya üzrə minlərlə rüşvətxor məmur və siyasətçi üçün ofşor şirkətləri yaratdığına görə qlobal qalmaqala səbəb olmuşdu.

Mossack Fonseca firmasından sızdırılmış milyonlarla email-in arasından Rusiya, Qazaxıstan  liderlərinin ailələrinə və yaxın çevrələrinə daxil adamların adları faş olunub.

Ramon Fonseca - Mossack Fonseca firmasını yaradanlardan biri

Ramon Fonseca – Mossack Fonseca firmasını yaradanlardan biri

​Lakin Mossack Fonseca partnyorlarının həbsinə səbəb Braziliyanın Odebrecht tikinti şirkətinin müxtəlif ölkələrin rəhbərlərinə və yüksək vəzifəli məmurlarına milyonlarla dollar rüşvət verməsi üçün ofşor hesabların yaradıldığının üzə çıxması olub.

Əslində sözü gedən tikintişirkəti məsuliyyətinin yüngülləşdirilməsi şərti ilə bütün rüşvət verdiyi subyektlərin adlarını ABŞ Ədliyyə Nazirliyinə təqdim edib.

Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb…

Xəbər verilir ki, Mossack Fonseca firmasının iki təsisçisinin – Jürgen Mossack və Ramón Fonseca-nın məhkəməyədək zaminə buraxılmasına icazə verilməyib.

Odebrecht Cənubi Amerikanın ən böyük tikinti şirkətidir və uzun müddət Braziliya dövlət neft şirkəti Petrobras-ın kontraktçısı olub.

2015-ci ilin yayında Odebrecht tikinti şirkətinin prezidenti Marcel Odebrecht Braziliyanın federal polisi tərəfindən həbs edilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − five =