‘Özbək mafiyasının bossu’ vəzifə başına gətirildi

0
651

Salim Abduvaliev, özbək kriminal avtoriteti.

Salim Abduvaliev, özbək kriminal avtoriteti.

2007-ci ildə ABŞ-ın Özbəkistandakı səfirinin diplomatik yazışmalarında “özbək mafiyasının bossu” adlandırılan Salim Abduvaliyev Özbəkistan Milli Olimpiya Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Bu, prezident Shavkat Mirziyayevin kadr dəyişikliklərinin bir hissəsidir.

BAŞQA VƏZİFƏLƏRİ DƏ VAR

Özbəkistanın yerli KİV-ləri Milli Olimpiya Komitəsinin rəhbərliyində kadr dəyişiklikləri barədə yanvarın 6-sında məlumat yayıblar. Komitənin sədri vəzifəsinə isə “Uzbekneftqaz” dövlət şirkətinin idarə heyətinin rəhbəri Alisher Sultanov seçilib. Ondan əvvəl komitənin sədri Mirabror Usmanov idi.

Qeyd edilir ki, Milli Olimpiya Komitəsinin fəxri prezidenti təyin edilmiş Mirabror Usmanov Özbəkistan Futbol Federasiyasının prezidenti vəzifəsində də qalmaqdadır.

2015-ci ilin avqustunda “Uzbekneftqaz”ın rəhbəri vəzifəsinə təyin edilmiş Alisher Sultanov 2013-cü ildə Qarşi şəhərinin “Nasaf” futbol klubunun rəhbəri olub.

Özbəkistanda tanınmış işadamı Salim Abduvaliyev komitənin yeni sədrinin müavini təyin olunub.

KONTRAKTLARIN SATIŞINDA VASİTƏÇİLİK

2004 – 2007-ci illərdə Birləşmiş Ştatların Daşkənddə səfiri olmuş John Purnellin 2011-ci ildə “Wikileaks”in yaydığı diplomatik yazışmalarında S. Abduvaliyev Özbəkistanın “kriminal dünyasının bosslarından” biri kimi təsvir edilir. Purnellin Daşkənddən Vaşinqtona göndərdiyi məktublarda Abduvaliyevin ölkənin yüksək vəzifəli dövlət rəsmiləri ilə yaxın münasibətlərindən söz açılır. Məktublarda onun vəzifələrin və hökumət kontraktlarının satışında vasitəçilik etməsindən də söz açılır. Bu günə qədər nə hökumət, nə də Özbəkistanda “Salim-Boyvaçça”, yaxud “Salimbay” kimi tanınan Salim Abduvaliyevin özü “WikiLeaks”in yaydığı məlumatla bağlı rəsmi açıqlama verməyib.

2008-ci ildə mərhum prezident Islam Karimov Salim Abduvaliyevə idmanın inkişafında göstərdiyi xidmətlərə görə rəsmi mükafat verib.

 

Qeyd edək ki, S. Abduvaliyev 1997-ci ildən bəri həm də Özbəkistanın idman döyüşləri assosiasiyasının prezidentidir.

Bəzi məlumatlara görə, artıq neçə ildir ki, Abduvaliyev Olimpiya oyunlarında ölkənin milli yığmasına sponsorluq edir.

Azadliq.org

BIR CAVAB BURAXIN