Övladı yaşında qadınlarla evlənən TARİXİ ŞƏXSİYYƏTLƏR

0
902

Övladı yaşında qadınlarla evlənən TARİXİ ŞƏXSİYYƏTLƏR - FOTOLAR

Aralarında böyük yaş fərqi olan evlilikləri cəmiyyət o qədər də xoş qarşılamır. Əgər kişi qadından böyükdürsə, bunu haradasa “həzm” edə bilirlər. Amma qadının ərindən çox böyük olması böyük səs-küyə səbəb olur. Elə bu yaxınlarda Fransa prezidenti seçilmiş Emmanuel Makronun özündən 24 yaş böyük olan xanımı Briciti götürək. Prezident seçkilərindən çox, bu qeyri-bərabər evlilik danışıldı. Bununla belə yaşlı kişilərin gənc qadınlarla evliliyi əksi ilə müqayisədə daha çox yayılıb.

 

Aqata Kristi və Maks Mallouen – 14 il

Dünya şöhrətli yazıçı Aqata Kristinin ilk nikahını xoşbəxt adlandırmaq olmazdı. Onun əri qolf üzrə partnyoru Nensi Nillə xəyanət edəndə Aqata buna dözməyib evdən getmişdi. Hətta onun harada olduğundan xəbər-ətər belə yox idi. Bir müddət sonra isə yazıçını müalicəvi hotellərdən birində tapmışdılar. Aqata burada ərinin məşuqəsinin soyadı ilə qeydiyyata düşmüşdü. Bundan iki il sonra Aqata ərindən ayrılıb səyahətə yollanır. Orada o, özündən 14 yaş kiçik arxeoloqla tanış olaraq 1930-cu ildə yenidən xoşbəxt ailə qurur.

İmperator II Aleksandr və Ekaterina Dolqorukova – 29 yaş

Gecikən məhəbbət həmişə güclü olur. II Aleksandrla da belə oldu, özündən 29 yaş kiçik Yekaterinaya bir baxışda aşiq olan imperator onun təhsil aldığı institutun bağçasında ürəyini açıb. Amma qız qarşısındakı adamın imperator olmasına baxmayaraq ona dərhal cavab verməyib. Bəlkə də qadın hiyləsiydi, çünki dəli-divanə aşiq olmuş kişinin hisslərini bir az da cavabsız qoymaqla daha möhkəmlətmək mümkündür. Üstəlik bütün qadınları ilk təklifdə yatağına atan imperator ona “gözlə” deyən qadını daha əlçatmaz hesab edəcəkdi. Hər halda Yekaterina ona 1 ildən sonra cavab verib. Onlar gizlicə görüşməyə başlayıblar. Çünki imperator evli idi. Yalnız arvadının ölümündən sonra sevənlər evlənə biliblər. O zaman Aleksandrın 62, Yekaterinanın isə 33 yaşı varmış.

Fyodr Dostoyevski və Anna Snitkina – 25 yaş

Böyük yazıçının ikinci xanımı Anna ona ərə gedəndə 20 yaşında olub. Dostoyevski isə 45 yaşında idi. Adi stenoqrafist qız yazıçının xəstə, pessimist vaxtında ona dəstək olub. Amma yaşı az olmasına baxmayaraq Anna ona təkcə həyat yoldaşı deyil, həm də ən yaxın dost ola bilib.Publika.az

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN