Opera və Balet teatrında “Asıq Qərib” operasının son məşqləri gedi

0
470

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur bəstəkar Zülfüqar Hacıbəyovun “Asıq Qərib” operasının yeni quruluşda tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar İnsənət Xadimi Əyyub Fətəliyev, baletmeysteri isə SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı Laueratı Qəmər Almaszadədir. Tamaşada Şahsənəm rolunu Azərbaycan Respublikasının Xalq  artisti, tanınmış xanəndə Gülyaz Məmmədova,  aşıq Qərib rolunda isə Əməkdar artist İlkin Əhmədov çıxış edəcəklər. Tamaşada digər rolları isə Əməkdar artist Sabir Əliyev (Şahvələd), Rafiq Abbasov (Mahmud), Laləzar Xəlilzadə (Qəribin anası),  Əməkdar artist Səbinə Vahabzadə ( Qaraca qız), Əməkdar artist İsmayıl Əkbərov ( aşıq Vəli) və digərləri çıxış edəcəklər.

“Aşıq Qərib” operası ilə bağlı tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev “Yeni Avaz”ın əməkdaşına verdiyi müsahibəsində deyib ki, artıq “Aşıq Qərib” operasının son məşqləri gedir. Hafiz Quliyev: “Tamaşada baş rollarda Azərbaycan Respublikasının Xalq artsiti Gülyaz Məmmədova( Şahsənəm) və Əməkdar artist İlkin Əhmədov  ( aşıq Qərib) çıxış edəcəklər. Həm Gülyaz Məmmədova, həm də İlkin Əhmədovun ifasında Şahsənəm və aşıq Qərib rolları olduqca uğurlu alınır. Tamaşaçıların özləri də bunun canlı şahidi olacaqlar. Əminəm ki, Gülyaz Məmmədova və İlkin Əhmədov bu dəfə də ifa etdikləri rollarla tamaşaçıların  və sənətşünasların rəğbətini qazanacaqlar”,-dedi.

Şahsənəm rolunu ifa edəcək Gülyaz Məmmədova da tamaşanın uğurla keçməsi üçün gərgin şəkildə çalışdıqlarını söyləyib. Gülyaz Məmmədova: “Mən bundan əvvəl də “Aşıq Qərib” operasında Şahsənəm rolunda artıq 3 dəfə çıxış etmişəm. Tərəf müqabillərim isə görkəmli sənətkalar mərhum xanəndə Baba Mahmudoğlu,  Mənsim İbrahimov və Səbuhi İbayev olublar. Bu  dəfəki tərəf-müqabilim İlkin Əhmədov da məşqlərdə yüksək professionallıq nümayiş etdirir. Mən quruluşçu  rejissor  Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin və digərlərinin də tamaşanın hazırlanması prosesindəki gərgin əməyini xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bu dəfə də tamaşamız uğurla keçəcək”,-deyib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × five =