OPEK ölkələri neft hasilatını məhdudlaşdırırlar

0
531

OPEK ölkələrinin rəsmiləri Əlcəzairdə keçirilmiş görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəliblər. Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, OPEK-ə üzv ölkələr neftin gündəlik hasilatının 32,5 milyon barel həcmdə məhdudlaşdırılmasını razılaşdırıblar.

Agentlik OPEK-in nümayəndə heyətindəki mənbələrə istinadən xəbər verib ki, təşkilat razılaşmayla əlaqədar neft ixrac edən digər ölkələrə də müraciət edəcək.

BIR CAVAB BURAXIN