Ölkəyə gətirilən avtomobillərin sayı 7 dəfə azalıb

0
701

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 2 min 573 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min 67 ədəd yaxud 6,9 dəfə azalma deməkdir. Hesabat dövründə avtomobil idxalının 86%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, ilin I yarısında bu nəqliyyat vasitələri üzrə 2 min 222 ədəd idxal qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 7 dəfə yaxud da 13 min 523 ədəd azdır. Hesabat dövründə 252 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 874 ədəd yaxud da 4,5 dəfə azalıb. İlin altı ayı ərzində xüsusi təyinatlı motorluq nəqliyyat vasitələrinin idxalının sayı 119 ədəd yaxud da 3 dəfə azalaraq 60 ədəd təşkil edib. Bu dövrdə 39 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub. Bu nəqliyyat vasitələrinin sayı 551 ədəd yaxud da 15 dəfə azalıb.

BIR CAVAB BURAXIN