Ölkədən çıxışı yasaqlanan jurnalistlər Avropa Məhkəməsinə üz tutdular

0
636


Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi

“Meydan TV” ilə əməkdaşlıq etdikləri iddia olunan və ölkədən çıxışına qadağa qoyulan jurnalistlər Aytən Ələkbərova (Fərhadova) və Aynurə Heydərova Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər

“Meydan TV” ilə əməkdaşlıq etdiyi iddia olunan və ölkədən çıxışına qadağa qoyulan jurnalistlər Aytən Ələkbərova (Fərhadova) və Aynurə Heydərova Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. AzadlıqRadiosuna bu məlumatı jurnalistlərin vəkili Fariz Namazlı verib.

“Meydan TV”nin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Bu çərçivədə bir neçə jurnalistin, o cümlədən Aytən Ələkbərova və Aynurə Heydərovanın ölkədən çıxışına qadağa qoyulub.

Aytən Ələkbərova cinayət işi ilə bağlı İstintaq İdarəsində dindirilib, ancaq Aynurə Heydərova, ümumiyyətlə, istintaqa çağrılmayıb.

Yerli məhkəmələr işə baxmayıblar

Vergilər Departamenti jurnalistlərin vergi fəaliyyətini yoxlasa da,hər hansı pozuntu tapmayıb.

Hər iki jurnalist məhkəməyə müraciət edərək, Baş Prokurorluğun onların ölkədən çıxışına qoyduğu qadağanın qanunsuz sayılmasını istəyiblər. Nəsimi rayon və Bakı apellyasiya məhkəmələri iddianın İnzibati İqtisad Məhkəməsinəverilməsini tövsiyə edərək, şikayəti icraata götürməkdən boyun qaçırıblar.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi də şikayətə baxmaqdan imtina edib.

Nəticədə jurnalistlər Avropa Məhkəməsinə müraciət etməli olublar.

Onların ərizəsində Avropa Konvensiyasının 6.1-ci (məhkəməyə çatımlılıq hüququ), 13-cü maddəsinin (səmərəli müdafiə vasitələri hüququ) və 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı) pozuntusunun tanınması xahiş edilir.

BIR CAVAB BURAXIN