Oliqarxın keçmiş arvadı 7 milyard dollar təzminat istəyir

0
649

London tezliklə tələb olunan təzminatın həcminə görə dünyada misli olmayan məhkəmə prosesinə şahidlik edəcək. Virtualaz.org xəbər verir ki, buna səbəb rusiyalı oliqarx Vladimir Potaninin keçmiş arvadının qaldırdığı məhkəmə iddiasıdır. Belə ki, Natalya Potanina keçmiş ərindən boşanma təzminatı kimi astronomik məbləğ-7 milyard dollar tələb edir.

“The Times” qəzetinin yazdığına görə Natalya Potanina Londonda sürgündədir və keçmiş ərinin malik olduğu sərvətin yarısını istəyir. Onun tələb etdiyi təzminat iddiası Britaniyanın boşanma işlərinə baxan məhkəmələrinin bundan əvvəl təyin etdiyi bütün təzminatları kölgədə qoyur.“İnterros” konqlomeratının prezidenti Vladimir Potaninin sərvəti təqribən 14 milyard dollardır. Kremlə yaxın oliqarx Rusiyanın 4-cü ən varlı adamıdır, dünyada isə 78-cidir.

Oliqarx 2013-cü ildə arvadı Natalyadan boşanıb, 2014-cü ildə gənc sevgilisi Katya ilə evlənib. Bu evlilikdən onun iki uşağı olub. Lakin Natalya Potaninə boşanma haqda sənədi imzalamaqdan imtina edir və ərinin sərvətinin yarısını tələb edir. O, bildirir ki, Volodya həmin sərvəti evlilik dövründə qazanıb. “Çünki biz iki yoxsul tələbə olaraq evlənmişdik”-Natalya deyir.

“Bu təzminat mümkün olmaya bilər. Çünki məhkəmələrin qeyri-məhdud səlahiyyətləri yoxdur ki, rusiyalı milyarder əməkdaşlıqdan imtina etsə sərvətinin yarısını əlindən alsın”-Londondakı tanınmış boşanma firması  Stow Family Law-dan  Merilin Stouv deyir.

Virtualaz.org

BIR CAVAB BURAXIN