Çərşənbə axşamı, Aprel 13, 2021
Ev Dünya Obamanın Mişeldən qabaqkı böyük eşqi – 2 dəfə evlilik təklifi

Obamanın Mişeldən qabaqkı böyük eşqi – 2 dəfə evlilik təklifi

0
366
Obamanın Mişeldən qabaqkı böyük eşqi - 2 dəfə evlilik təklifi+fotolar

ABŞ-ın sabiq prezidenti Barak Obama haqqında yeni məlumatlar əldə olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müəllifi Devid Qerrou olan “Ulduzların tərəqqisi:Barak Obama” adlı məqalədə siyasətçinin Mişel Obamaya qədər Şeyla Mişoşi Caqer adlı sevgilisinin olduğu yazılır.

Məlumata görə, Obama Şeylaya iki dəfə evlilik təklifi edib.

“Hazırda Oberlinski kollecin professoruyam. Barakla tanış olanda tələbə idim. 1986-ci ildə mənim valideynlərimlə tanış olanda, o, ilk dəfə mənə evlilik təklifi etdi. Amma dedim “Hələ tezdir”. 1987-ci ildə onun 25 yaşı var idi. Dəqiq yadımdadır ki, Obama o vaxtdan prezident olmaq arzusunda olub. 1988-ci ildə isə Barak ikinci dəfə mənə evlilik təklifi etdi. O, Masaçussets ştatının Kembric əyalətinə gəlməyimi və onunla bir ömür yaşamağımı istədi. Mənsə Seula getməyi idim. Elə o vaxtdan ayrıldıq, daha onu görmədim”, – deyə müsahibəsində Caqer bildirib.

Qeyd edək ki, B.Obama M.Obama ilə 1992-ci ildə tanış olub və ailə qurub. Onların bu nikahdan iki övladı var. O, 2009-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti olub.

 

Реклама 06

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + eleven =