Nyu-York terrorçusunun adı açıqlandı: Sayfullo Saipov

0
545

Nyu-York terrorçusunun adı açıqlandı

Nyu-Yorkda terror aktı törədən şəxsin kimliyi bəlli olub.

Arazinfo Publika.az-a istinadən xəbər verir ki, həmin şəxsin Florida ştatının sakini Sayfullo Saipov olduğu bildirilir. Saxlanılan 29 yaşlı şəxsin Tampa şəhərində yaşadığı qeyd olunur.

Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, sürücü avtomobili tərk edərkən “Allah Əkbər” deyə qışqırıb.

Hadisə nəticəsində 8 nəfər ölüb.

BIR CAVAB BURAXIN