Nüfuzlu beynəlxalq platforma

0
1652

Nüfuzlu beynəlxalq platforma

Son illər dünya gündəmini təşkil edən mövzuların müzakirə olunduğu, mühüm beynəlxalq konfransların, qlobal forumların, idman və nüfuzlu mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilən paytaxt Bakı bu günlərdə yenə də diqqət mərkəzindədir. Ölkəmizdə martın 9-da X Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda  baş tutan X Qlobal Bakı Foruma 60 ölkədən 350-ə qədər nümayəndə, o cümlədən, çoxsaylı ölkələrin keçmiş dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər formun əhəmiyyətini bir daha vurğulayır. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.

Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir və digər beynəlxalq forumlardan miqyasına, məzmununa görə ciddi şəkildə fərqlənir. Əgər Davos Forumu iqtisadi, Münhen Forumu isə sırf təhlükəsizlik məsələlərini əhatə edirsə, Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələlərin müzakirəsinə açıq bir platformadır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru