Niyamla Mətanət dalaşdı: “Günah məndə deyil”

0
430

Müğənni Niyam Salami ilə Mətanət Əsədovanın bir il əvvəl oxuduqları duet işıq üzü görməyib.

Axşam.az xəbər verir ki, Niyam məsələ ilə bağlı “5/5” verilişində danışıb. O deyib ki, Əsədova tənbəllik edir:

“Duet elə bir şeydir ki, ortaq olmalısan, çalışmalısan. Mətanətdə tənbəllik var. Qızım, sən işləmirsən, hit mahnılar etmirsən. Məndə niyə günah görürsən? Ona dedim ki, gəl ard-arda mahnılar oxuyaq, etmədi. Mətanətin adı gələndə, bir dənə mahnısını tanımırlar. Demək, sən işləmirsən, məndə günah axtarma. Özü də yaxşı pulu var, yalandan arada danır”.

M.Əsədova isə Niyamla aralarında ciddi problem yaşandığını söyləyib:

“Anlaşılmazlıqlar var, ona da açıqlama gətirmək istəmirəm. İnsan nəyisə dəyişməlidir ki, alınsın. Allah ona can sağlığı versin, uğurları bol olsun”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − 5 =