Netanyahu və Tramp bölgədəki vəziyyəti müzakirə ediblər

0
590

İsrail ABŞ-ın Suriyadan öz qöşunlarını çıxarmasından və bundan istifadə edən İranın bölgədə təsir gücünü artıra biləcəyindən ciddi şəkildə təşviş keçirməyə başlayıb.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı Netanyahu Trampa öz narahatlığını bildirib. İki ölkə rəhbərləri arasında danışıqlarda Suriyadakı vəziyyət əsas müzakirə hədəfi olub. Tramp həmişəki kimi İsrailə hərbi dəstəyini davam etdirəcəyini bildirib. Netanyahu və Tramp arasındakı danışıqlarda İran məsələsi də  xüsusi diqqət mərkəzində olub. Tərəflər bölgədə İrana qarşı mübarizənin daha da genişləndirilməsi barədə razılığa gəliblər.