Neft sövdələşmələri işğal hesabatında

0
405

İngiltərənin 2003-cü ildə İraqın işğalına daxil olması prosesini araşdıran və yeddi ildir gözlənilən “Chilcot” məruzənin detalları əks-səda doğurmaqda davam edir.
“Marja” xəbər verir ki, İngilitərənin “Guardian” qəzetinə görə hesabat, ABŞ və İngiltərə hökumətlərinin, işğal ərəfəsində və Səddam Hüseynin devrilməsindən sonra İraqdakı neft ehtiyatlarının nəzarəti üzərində ciddi “bazarlıqlar” etdiklərini ortaya qoyub.
Hesabata əsasən, dövrün İngiltərə baş naziri Toni Bleyrin xarici siyasət baş müşaviri Devid Manning, dövrün ABŞ Milli Təhlükəsizlik Müşaviri Condoleezza Ricela 9 Dekabr 2002-ci il tarixində etdiyi çıxışında, “İngiltərə şirkətlərinin İraqdakı neft sənayesinə və digər sektorlara daxil olmasının təmin edilməsinin vacib olduğunu” vurğulayıb.
İşğal başlamazdan 2 ay əvvəl Böyük Britaniyanın hökumət rəsmiləri BP-dən bir nümayəndə heyətini qəbul edərək İraqdakı enerji sektoruna dair gözləntilərinin nə olduğu barədə məlumat alıb. 2009-cu ildə isə şirkətin rəhbərliyindəki konsorsiuma, ölkənin cənubundakı Rumaila neft sahəsində neft çıxarmaq icazəsi verilmişdi. BP rəsmiləri isə bu barədə şərh etməyi rədd edib.
Hesabatda həmçinin, Böyük Britaniyanın Baş naziri Bleyrin, işğal başlayandan bir müddət sonra dövrün ABŞ Prezidenti Corc Buşla keçirdiyi bir toplantıda, ABŞ və İngiltərənin“İraqın işğalını neft ehtiyatlarına əl qoymaq üçün həyata keçirdiyi” barədə şayiələri aradan qaldırılması üçün Buşa xəbərdar etdiyi də bildirilib. Bleyr bunun üçün, Səddamdan sonra İraqın siyasi quruluşunu aydınlaşdırmağa ehtiyacları olduğunu bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 4 =