Nazirlikdən açıqlama: Növbəti 3 gün ərzində hava sabit qalacaq

0
585
“Növbəti üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.
Arazinfo.com-un bildirdiyinə görə bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir: “Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir”.

BIR CAVAB BURAXIN