Ev Xəbərlər Ərəb oğlan Bakıdan qız aldı, gəlini qızılı “Rolls Royce”la apardı-video

Ərəb oğlan Bakıdan qız aldı, gəlini qızılı “Rolls Royce”la apardı-video

0
616
Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. Arazinfo.com  baku.ws-ə istinadən xəbər verir ki, gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub.  Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb.  Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb. Bəylə gəlin qızılı rəngli “Rolls-Royce” markalı avtomobilə minib.
Qeyd edək ki, son illər əcnəbilərlə ailə həyatı quran azərbaycanlı qızların sayı artıb. Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar.
Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları gəlir.  Həmçinin azərbaycanlı xanımlar Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları ilə dəailə qururblar .
 

BIR CAVAB BURAXIN