NAZİRDƏN SİYASİ SKANDAL YARADACAQ SƏHV – Qalmaqallı açıqlama

0
627

Bu gün “Holiday İnn Baku” otelində “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda keçirilən konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev diplomatik skandala səbəb olacaq fikir səsləndirib. Bu barədə 24saat.org xəbər verir.
Nazirlik olaraq qonşu dövlətlərin də turizm imkan və inkişafını izlədiklərini bildirən Ə.Qarayev Rusiya, Ermənistan, Gürcüstan, Abxaziya və s. dövlətlərdəki vəziyyətin nəzarətdə saxlanıldığını, bu dövlətlərin turizm sektoundakı artıb-azalmaların təqib edildiyini bildirib. Nazir dediklərinin isbatı kimi konfrans iştirakçılarına xüsusi cədvəl də nümayiş etdirib.
Ə.Qarayevin bir sıra dövlətlərlə yanaşı Abxaziyanın turizm sənayesinin də bir dövlət olaraq tədqiq edilməsi fikri maraq doğurur və bu, diplomatik skandala səbəb ola biləcək bir açıqlamadır. Çünki Gürcüstandan ayrılan və öz müstəqilliyini elan edən Abxaziya dünya dövlətləri, eləcə də Azərbaycan tərəfindən tanınmayıb. Belə olan halda Ə. Qarayevin Abxaziyanı turizm imkanlarını ayrıca bir dövlət olaraq tədqiq etməsi Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə açıq hörmətsizlik kimi dəyərləndirilə bilər ki, bu da rəsmi Bakı üçün əlavə başağrısı deməkdir.
Məlumat üçün qeyd edək ki, Rusiyanın hərbi-siyasi dəstəyi ilə müstəqilliyini elan edən Abxaziyanı müstəqil dövlət kimi yalnız Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatu tanıyır.

BIR CAVAB BURAXIN