AÇ-2016: Fransa qələbə ilə başladı

0
629

Futbol üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, bir ay davam edəcək həyəcanlı marafonun ilk qarşılaşması meydan sahibləri Fransa millisi ilə Rumıniya arasında baş tutub.

 

A qrupunda mübarizə aparan komandalar matça ehtiyatlı başlayıblar. Bir epizodda Rumıniyanın real qol epizodunu fransız qapıçı Lloris qapıxəttindən çıxarıb. Az sonra bu dəfə ev sahibləri hesabı açmağa yaxın olublar. Qrizman əlverişli imkanı boşa verib. Onun yaxın məsafədən baş zərbəsi dirəkdən dönüb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

 

İkinci hissədə təzyiqi artıran meydan sahibləri hesabı açıblar. 56-cı dəqiqədə Dmitri Payenin asmasını Olivye Jiru başla tamamlayıb. Bu qolda Rumıniyanın qapıçısı Tataruşanunun səhvi də əsas rol oynayıb.

 

Fransanın sevinci 9 dəqiqə çəkib. Hakimin təyin etdiyi penaltini Boqdan Stanku dəqiq yerinə yerinə yetirərək “staus-kvo”nu bərpa edib.

 

Matçın nəticəsini isə oyunun qəhrəmanı Paye təyin edib. “Vest Hem”in yarımmüdafiəçisi sona 1 dəqiqə qalmış möhtəşəm zərbə ilə komandasının ilk oyundakı qələbəsini rəsmiləşdirib.

 

Avropa çempionatı

Qrup mərhələsi

A qrupu

10 iyun

 

Fransa – Rumıniya – 2:1

Qollar: Olivye Jiru, 56, Paye, 89 – Stanku, 65 (pen.)
Hakimlər: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş
Dördüncü hakim: Byorn Kuypers (hamısı Macarıstan)
Sen-Deni. “Stad de France”

 

Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 4. Adil Rami, 5. Nqolo Kante, 7. Antuan Qrizman ( 20. Kinqsli Koman, 66), 8. Dmitri Paye (18. Musa Sissoko, 90+2), 9. Olivye Jiru, 14. Bleyz Matuidi, 15. Pol Poqba (11. Antoni Martial, 77), 19. Bakari Sanya, 21. Loren Kosielni

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 13. Elakim Manqalya, 17. Lukas Dinye, 22. Samuel Umitite, 6. Yohan Kabaye, 12. Morqan Şneyderlin, 10. Andre Pyer Jinyak

Baş məşqçi: Didye Deşam

 

Rumıniya: 12. Kiprian Tataruşanu (q), 3. Razvan Rat, 5. Ovidiu Hoban, 6. Vlad Krikeş (k), 8. Mihai Pintilli, 10. Nikolae Snatçiu (7. Aleksandru Çipçiu, 72), 14. Florin Andonde (9. Denis Alibek, 61), 19. Boqdan Stanku, 20. Adrian Popa (11. Qabriel Torxe, 82), 21. Draqoş Qriqor, 22. Kristian Sapunaru

Ehtiyat oyunçular: 1. Kostel Pantilimon (q), 23. Silvio Lunq (q), 2. Aleksander Matel, 4. Kosmin Moti, 13. Klauduio Keşeru, 15. Valeria Qaman, 16. Steliano Filip, 17. Lusian Sanmarten, 18. Andrey Prepelita

Baş məşqçi: Anxel Yordanesku

BIR CAVAB BURAXIN