NATO yenidən Rusiyaya güc nümayiş etdirir- 4 ölkəyə 4 min hərbçi yerləşdirəcək

0
652

NATO Rusiyanın təhdidinə qarşı Polşa, Estoniya, Latviya və Litvaya qoşun yeritmək qərarı alıb

NATO müdafiə nazirlərinin Brüssüldə görüşü baş tutub.Görüşüün ardınca açıqlama verən Baş Katib Jens Stoltenberg “NATO Polşa, Estoniya, Latviya və Litvaya hərəsi min hərbçi olmaqla, ümumilikdə 4 min hərbçi yerləşdirəcək”. AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, NATO rəsmiləri Rusiyanın təhdidini gündəmdən salmaq üçün bu addımın atıldığı deyilir.

Jens Stoltenberg daha sonra bu açıqlamaları verib: “İttifaqımızın şərq hissəsində gücümüzü artırmaq qərarı verdik. Bu hərbçilər müttəfiqlərimiz olan Amerika, İngilis, Alman və böyük ehtimalla Kanada əsgərlərindən ibarət olacaq, Soyuq Müharibədən bu tərəfə qurulmuş ən böyük hərbi gücdür və Rusiyanın təhdidinə qarşı bu ordunun sayını artırmaq istəyirik”.

Bununla belə NATO-ya üzv olan digər dövlətlər də hərbçi sayının daha da çoxaldılması istiqamətində dəstək verəcəklərini bildiriblər.

3 həftə bundan öncə Polşanın paytaxtı Varşavada baş tutan NATO toplantısında Rusiyanın Krımı işğalının daha da irəli getməsinə əngəl törədilmək qərarı alınıb. NATO Rusiyanın Ukraynanın şərqi və Krımdakı hərbi gücünə qarşı bu həmləyə əl atır. Rusiyanın bu həmləsi enerji yolları baxımında strateji əhəmiyyətə malik olan Qara dənizdəki varlığını artırdı və bu Baltikyanı ölkələr ilə Polşaya qarşı təhditlərin artmasına gətirib çıxardı.

 

BIR CAVAB BURAXIN