NATO Polşada öz qüvvələrini yerləşdirəcəyi tarixi açıqladı

0
309

NATO Baltik regionunda əsas qüvvələrini 2017-ci ilin mayında yerləşdirəcək.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, bunu NATO Hərbi Komitəsinin sədri, Çexiya Silahlı Qüvvələrinin generalı Petr Pavel Hərbi Komitənin Xorvatiyada keçirilən iclasından sonra bəyan edib.

Bəzi hərbi hissələr dislokasiya yerlərinə əsas qüvvələrdən öncə yerləşdiriləcək.

Qeyd edək ki, NATO Hərbi Komitəsinin iclasında Pribaltika ölkələrində və Polşada 4 min NATO hərbçisinin yerləşdirilməsi məsələsi müzakirə edilib. Bu barədə qərar NATO-nun Varşava sammitində qəbul edilib. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ öz hərbçilərini göndərəcək. Polşada ABŞ-ın Almaniyanın Filzek şəhərindəki ikinci polku yerləşdiriləcək. Bu polkun aprel ayında Polşaya gələcəyi gözlənilir.

P. Pavel deyib ki, bu qüvvələr təlim məqsədi ilə göndərilmir, müdafiə, lazım gələrsə, hücum vasitəsi rolunu oynamalıdırlar.(APA)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + eight =