Ev Xəbərlər Natavandan Dadoyla bağlı gözlənilməz açıqlama

Natavandan Dadoyla bağlı gözlənilməz açıqlama

0
709
Natavandan Dadoyla bağlı gözlənilməz açıqlama:  "İnsanların qurduğu oyun..."

 

“Ailə qurduğum insan şou-biznesdəndir. Bu addımı atanda fikirləşdim ki, sabah aramızda nəsə olsa, səs-küy verəcək. Haradasa mənim işimə xələl gətirər. Əgər münasibətimiz saxta olsaydı, tanınmış biri ilə evlənməzdim”.

Arazinfo.com-un Axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri müğənni Natavan Həbibi “5/5” verilişində deyib.

Sənətçi boşanma ərəfəsində olduğu reper həyat yoldaşı Səid Əliyevdən (Dado) danışıb. Natavan bildirib ki, barışmaq üçün ilk addımı atıblar:

“Şəxsi həyatımla bağlı depressiyaya düşən deyiləm. Əgər düşüb bildirsəydim, görərdiniz ki, mən həmişə depressiyadayam. Qəlbimi qıran insanların fikirləri oldu. Hansısa özünü tanımayanların sözünə inanıb üstümə gəldilər. Heç kimin fikrinə qulaq asmadan mən evləndim. İndi də mən ayrılmamışam. İnsanların qurduğu oyun bizi birləşdirdi. O qədər bizə hirs gəldi ki… İnsanlar bizim aramızda olan problemi unutdurdu. Çox ciddi bir problem idi. Bir neçə aydır verilişlərə də gəlmirdim. Gələ bilmirdim. Problemlər 6 ayın ərzində yığıldı və bir gün partladı.

Mənə saxta evliliyi yaraşdırmamalıydınız. Necə mənə bunu yaraşdırdınız? Hər addımımı hesablayıram. Elə-belə yaşamıram. Heç yerə getmirdim. Bir çoxlarından incidim. Dostlarımı da, yaxınlarımı da bildim. Bu aralar əsəbiyəm, başqa cür ola bilməzdim.

İnsana bu qədər şər ata bilməzlər. Nə o, nə də mən ayrılmaq istəmirik. Problemlər oldu… Boşanma haqda yazmağımı Səid istədi… O mənim üstümə gəldi. Beş-altı gün qarşı çıxdım, sonda bacarmadım. Elə aqressiya gördüm ki…”.

Natavan hələ də əri ilə ayrı evlərdə yaşadıqlarını bildirib:

“Hazırda hərə öz evindədir. Aramızda heç əlaqə yox idi. Bir-birimizə yaxın olmaq üçün yazılanlar təkan verdi. Ayrıla da bilmirik, bacarmırıq. Ortada sevgi var. Yaxınlarımız da narahatdır. Bəziləri ayrılın deyir. Əlbəttə, çoxları da ailənin dağılmasını istəmir”.

Müğənni aparıcı Zaur Kamalın “Deyirlər, Natavan pul yığmaq üçün toy etdi” sözlərinə belə cavab verib:

“Toyumda ən bahalı menyu idi. Mən onların yazdıracağı 100 manata ümidli deyildim. Şou-biznes toya gedəndə, elə bilirlər ki, dünyanı gətirirlər. Bunların puluyla yüz min yığmazdım”.

BIR CAVAB BURAXIN