Naibə Allahverdiyevanın xəstəxanada halı pisləşdi – VİDEO – FOTOLAR

0
407

Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən əməkdar artist Naibə  Allahverdiyevadan xəbər var.  

 

 

Teleqraf.com-un əməkdaşı xəstəxanada Naibə Allahverdiyevanı ziyarət edib. Söhbət zamanı Naibə Allahverdiyevanın halı pisləşib.  Göz yaşları axıdan və sakitləşməyə çalışan əməkdar artist bizimlə söhbətində bunları deyib: “Üç gün öncə keçirdiyim gərginlik üzündən təzyiqim yüksəldi, xəstəxanaya gəldim. Dərman içsəm də təzyiqim düşmədi. Təcili yardım çağırdım, həkim iynə vurdu və xəstəxanada yatmağımı məsləhət gördü. Həkimlər sağ olsunlar, əllərindən gələni edirlər.  Fikrət həkimə və bütün həkim presonalına təşəkkür edirəm. Bir dəfə də belə krizis keçirmişdim. Kürdəmirdə təzyiqim 250-ə qalxmışdı. Müalicə edildim, səhhətim normallaşdı. Sonra yenə başladı, təzyiq, gəginlik, əsəb… Deyirələr ki, sinir krizi keçirirsən”.
Əməkdar artist gərginliyinin səbəbini belə izah edib: “İndi özümü pis hiss edirəm, yaxşı deyiləm.  Bu iş qrafiki ilə bağlı deyil. Bəyəm gərginlik işdə olur? Heç zaman işdən qorxmuram. Əksinə öz sənətimi o qədər sevirəm ki, ondan zövq alıram. Başımda, ayaqlarımda dəhşət ağrı var. Gərginliklə əlaqədar tez-tez  təzyiq qalxır. Həkimlər deyir ki, depressiyadasan. Başımda ağrılar, ayaqlarımda keyləşmə var. Hələ ki, müalicə olunuram. Əvvəllər təzyiqm çox yüksək idi, xəstəxanaya gələndən bir az yaxşılaşmışam. Müalicə davam edir. Görək necə olacaq?”.

 

Naibə Allahverdiyeva həmkarlarından Almaz Mustafayeva, Nübar Novruzova və Əjdər Həmidovun onu ziyarət etdiyini açıqlayıb: “Səhhətimin pisləşməsindən xəbərləri var. İş adamlarıdır və hamının işi var. İki-üç nəfər də zəng etmişdi, özümdə olmadığına görə adlarını unutdum. Bilirəm ki, ürəkləri buradadır. Ona gör də heç kimdən incimirəm. Onlar məni və mən də onları çox sevirəm”.

 

Naibə Allahverdiyeva xəstəxanada pərəstişkarları tərəfindən qayğı gördüyünü deyib: “Mənə bir xanım   hədiyyələr alır, qayğıma qalır. İnsan diqqət görəndə özünü yaxşı hiss edir. Bütün pərəstişkarlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, Naibə Allahverdiyeva ikinci həyat yoldaşı Yusif bəy əməkdar artisti xəstəxanada yalnız buraxmayıb.

Rəqsanə 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 + 19 =