Müsavat başqanı müavininin qızı məhbusa ərə gedir

0
368

Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 1-də ailə həyatı qurur.

Musavat.com bildirir ki, o, hazırda məhbəs həyatı yaşayan yazar Seymur Həzi ilə ailə quracaq.

Sayta açıqlamasında N.Yaqublu bu xəbəri təsdiqləyib. Bildirib ki, nikah mərasimi avqustun 1-də, saat 12.00-da S.Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisədə baş tutacaq.

Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur. Jurnalist isə bu ittihamı rədd edərək həbsinin siyasi motivli olduğunu iddia edir.

Bəzi hüquq müdafiə təşkilatları Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − 8 =