“MÜSƏLMANLARA TƏZYİQ EDİLMƏLİDİR” – Donald Tramp həddini aşdı

0
659

Digər ölkələr də bunu edirlər və bu pis bir şey deyil

“AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsində, Respublikaçıların namizədi Tramp, Müsəlman əleyhdarı ifadələriylə adından söz etdirməyə davam edir. Ölkəsində nəşr olunan bir proqramda Trampa, Orlandoda ötən həftə keçirilən hücumun ardından alınacaq tədbirlər çərçivəsində “Müsəlmanlara təzyiq edilməsi” təklifi xatırladıldı. Tramp isə “Təzyiqin, ölkə olaraq üzərində dayanmağa lazım olan bir şey olduğunu düşünürəm. Digər ölkələr də bunu edir. İsrailə, və digər ölkələrə baxın. Bunu edirlər və müvəffəqiyyətli bir şəkildə tətbiq edirlər. Təzyiq anlayışından nifrət etdiyimi bilirsiniz ancaq, lazımı tədbirlər görülməlidir” deyə Tramp fikirlərini bildirib.

Terrorizmin dayandırılması üçün Amerikada yaşayan müsəlmanla “təzyiq” mövzusunun ciddi şəkildə düşünülməsi lazım olduğunu ifadə edən Tramp, “digər ölkələr bunu edirlər və bu pis bir şey deyil” deyə fikrini bildirib.

Donald Tramp, daha da irəli gedərək hökumətin məscidləri də araşdırması lazım olduğunu dilə gətirib.

BIR CAVAB BURAXIN