Müsəlman olduğu bilinməyən dünya ulduzları – Foto

0
430

Bəzi müsəlman əsilli məşhurlar: onlardan kimi müğənni, kimi də modeldir…

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, son illərdə ulduzu parlayan, “Viktoriya Sekret”in mələklərindən biri – model Qiqi Hadidin səçərəsi Fələstinə qədər uzanır. Bu barədə danışmaqdan çəkinməyən modelin atası müsəlman bir ailənin övladıdır.

Qiqinin bir başqa model bacısı olan Bella Hadid də bütün müsahibələrində müsəlman olduğunu dilə gətirir. O, hətta bir müsahibəsində “Müsəlman olmaqdan qürur duyuram”, – deyə bildirib.

Maykl Ceksonun bacısı Canet Cekson ailə qurduqdan sonra müsəlman olduğunu elan etmişdi. Bu açıqlamadan sonra Cekson jurnalistlərdən uzaq, daha sakit bir həyat yaşamağı üstün tutdu.
Əli Maherşala “Oskar”a layiq görülən ilk müsəlman aktyor olaraq kimi adını tarixə yazdırdı.

Tanınmış ingilis müğənni Devid Bouinin keçmiş həyat yoldaşı model İman Əbdülməcid, eləcə də reper Eykonun da atası müsəlmandır.

Ögey atası müsəlman olan basketbolçu Şakil Onil müsahibələrində özünün də müsəlman olduğunu qeyd etmişdi.

Ssenarist, yazar, teleprodüser Əziz Ənsarinin də atasının müsəlman olduğu bildirilir.

Qalmaqalları ilə gündəmdən düşməyən Lindsi Lohan sosial mediadan müsəlman olduğunu açıqlayıb. Onun hətta baş örtülü fotosu da mətbuatda yer alır.

Pərvin


BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 4 =