Angela Merkel Putindən ukraynalı dənizçiləri azad etməyi xahiş edib

0
468

Almaniya kansleri Angela Merkel Vladimir Putindən Kerçdə baş verən insidentə görə həbs edilən ukraynalı dənizçiləri azad etməyi xahiş edib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  Merkel Putinlə telefon danışığında 24 ukraynalı dənizçinin azad edilməsinin bölgədə gərginliyi azalda biləcəyini söyləyib. O həmçinin Kerç boğazında azad gediş-gəlişin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.

Öz növbəsində Almaniyanın rəsmi nümayəndəsi Şteffen Zaybert həmçinin deyib ki, tərəflər arasında  telefon söhbətində Rusiya qazının 2019-cu ildə Ukrayna ərazisi ilə tranziti məsələsi də müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ukraynalı dənizçilərin azad edilməsini Vladimir Putindən xahiş etmişdi.