Müsəlman ata oğlunun qatilini bağrına basdı…

0
483

ABŞ-da müsəlman ata öz oğlunun məhkəmə qarşısındakı qatilinə ağlasığmaz  mərhəmət nümayiş etdirdi.
Arazinfo.com Moderator.az-a istinadən yazır ki, bu haqda Britaniyanın məşhur  “The İndependent” nəşri məlumat yayıb. Kentukki ştatının sakini  Trey Relford 22 yaşlı pizza daşıyıcısı Salahaddin Jitmudu soyaraq vəhşicəsinə öldürdüyü üçün 31 il həbs cəzasına məhkum edilib.
Həmin müdhiş gecə gənc müsəlman sonuncu sifarişi ünvana çatdırıb evə dönməyə hazırlaşarkən Trey ona hücum edərək qətlə yetirib.
Məhkəmədə heç nə ilə təsəlli tapa bilməyən ata qatilə müraciətlə çox təsirli bir çıxış edib:
“İslam öyrədir ki, Allah bir insanı  incitdiyi şəxs onu bağışlayanadək bağışlamayacaqdır. Mən səni azdıran və belə bir dəhşətli cinayətə vadar edən şeytana qəzəbliyəm. Mən səni günahlandırmıram, sənə qəzəbli də deyiləm. Mən səni bağışlayıram. Bundan sonra da başına hər nə gələcəksə, Allahdan olacaq. Möminlər Yaradana təvəkkül etməlidirlər… “
Bu sözlərdən sonra ata günahlarını göz yaşları içində etiraf edən məhkuma yaxınlaşaraq  onu qucaqlayıb. Məhkəmə icraçıları və iştirakçılar bu ibrətamiz və ürəkdağlayan səhnədən göz yaşlarını saxlaya bilməyib, qadınlar hönkürərək ağlayıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 3 =