Müdafiə nazirləri qarşılıqlı hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

0
308

 

Mayın 14-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək. Bununla bağlı Müdafiə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 4 =