MTRŞ-dan Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı – Açıqlama

0
579

MTRŞ-dan Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı

“Xəzər” TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş edilib.

Bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov AzVision.az-a bilidriib ki, hazırda məsələ araşdırılır:

“Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsləsindən söhbət getmir. Sadəcə olaraq, həmin qız uşağına elçi gediblər. Burada nə var axı? Bu, sadəcə elçilikdir. Kimisə evləndirməyiblər ki… Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb. Verilişdə adam evləndiriblər bəyəm?”.

T. Dadaşov “Belə bir təbliğatın aparılması nə dərəcədə doğrudur?” sualına cavabında isə bunları qeyd edib:

“Mən, təbii ki, bunu müdafiə etmirəm. Gördüyünüz kimi, orada ailənin mövqeyini də efirə verdilər. Ailə də bildirdi ki, bizim qızımız hələ məktəblidir və evlənə bilməz. Və bu kadrlar da efirdə nümayiş olundu. Yenə deyirəm, orada kimisə evləndirməkdən söhbət getmir. Sadəcə, aparıcıya zəng vurub, elçi getməyi təklif ediblər. Aparıcıya da yalan məlumat veriblər. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil”.

https://youtu.be/B29kz7Nkiwc

BIR CAVAB BURAXIN