Moskvaya SƏRT İTTİHAM: “Həyasızlığa əsaslanacaq…”

0
352

“Rusiya təbliğatı Qərbi paranoidal ideyalarla doldurub”.

 

Publika.az  Bunu Ukrayna prezidenti Pyotr Poroşenko “112 Ukrayna” telekanalına deyib.

 

“Avroskeptisizm, anti-amerikanizm və izolyasionizm Qərb koordinatlar sistemini dağıdır”, – Poroşenko bildirib.

 

O, əlavə edib ki, Kreml Avropa Birliyini dağıtmağa, eqoizm, populizm və həyasızlığa əsaslanacaq alternativ Avropanı qurmağa çalışır: “Biz bu potensial reallığa hazırlaşmalıyıq”.

 

Poroşenkonun fikrincə, “Brexit” Avropada ən yaxın seçkilər zamanı fəal təbliğ ediləcək və ən yaxın aylar Qərb üçün “həqiqət anı” olacaq.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Brexit”in gedişinə müdaxilə etdiyinə dair ona qarşı səsləndirilən ittihamlara daha əvvəl cavab verib. O, prosesə heç vaxt qarışmadıqlarını vurğulayıb.

 

Böyük Britaniya Xarici İşlər Nazirliyinin başçısı Filipp Hammond bildirib ki, Britanitanın Avropa Birliyindən çıxışı haqqında referendumun nəticələri Rusiya prezidentini sevindirib. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da “Brexit”i Putinin qələbəsi adlandırıb.

 

Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum 23 iyunda keçirilib. “Brexit”in tərəfdarları 51,9 faiz səslə qalib gəliblər.

Publika.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + 8 =