Moskvada uçuşlar təxirə salındı

0
586

11

Hava şəraitinin kəskin pisləşməsi səbəbilə, Moskva aeroportlarında 25 aviareys ləğv olunub, 38 aviareys isə təxirə salınıb. Bu barədə informasiya «Yandeks Raspisaniye» portalında yerləşdirilib.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda və Moskva vilayətində güclü qasırğa gözlənildiyi və yolların buz bağlayacağı barədə xəbərdarlıqla çıxış etmişdi. Ərazidə küləyin sürətinin saniyədə 17 metrə çatacağı gözlənilir.
Moskva birləşmiş şəhər təsərrüfatının mətbuat xidməti xəbər verir ki, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı Moskvada 10 min ədəd qartəmizləyici qurğu yüksək hazırlıq vəziyyətinə gətirilib.
Sinoptikləri dəqiqləşdirilmiş məlumatına görə, ərazidə yağan qarın qalınlığı 8-17 santimetrə çata bilər.Azpolitiko.info

BIR CAVAB BURAXIN