Moskva Bakıya müharibə şansı verdi, bizi… – Erməni KİV

0
567

Kollektiv Təhlükəsizlik Müqaviləsi Birliyi Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Moskva-İrəvan-Astana-Minsk telemostu zamanı bir neçə dəfə xüsusi qeyd edib ki, Dağlıq Qarabağ KTMB-nin üzvü olmadığı üçün hər hansı hərbi təhlükə yaranarsa, Xankəndinə hərbi yardım edilməyəcək.

Karabakh.tv xəbər verir ki, onun bu bəyanatı Ermənistan mediasının əsas müzakirə mövzusuna çevrilib. Bu barədə bəhs edən “1in.am” saytının analitik yanaşmasında deyilir:

“Sidorovun fikirlərində qeyri-adi, yaxud yeni heç bir şey yoxdur. Amma problem ondadır ki, rus generallarının bu çür bəyanatları sırf anti-erməni xarakteri daşıyır. Çünki siyasətdə bu kimi bəyanatları kontekstdən və ya konkret vəziyyətdən kənarda müzakirə etmək olmaz.

Bütün bunlar aydındır. Amma bəyanatların Rusiya tərəfindən daim Azərbaycana silah ixrac edildiyi bir vaxtda səsləndirilməsi Bakıya müharibə üçün ciddi stimul verir. Sidorov isə silahların Azərbaycana satılması məsələsinə belə aydınlıq gətirir: “Əgər Rusiya onlara silah satmasa, Azərbaycan həmin silahları başqa ölkələrdən alacaq”.

Sitat: “Rusiya rəhbərliyi bu qərara elə-belə gəlməyib. Bilirəm ki, haqqında danışılan məsələlərə Ermənistanda ağrı ilə yanaşırlar. Ancaq başa düşmək lazımdır ki, Azərbaycan müvafiq yöndə qarşısına qoyduğu məqsədə bütün hallarda nail olacaq! Ona görə də Rusiyanı qınamaq lazım deyil”.

Məsələ burasındadır ki, bəzi silahları Azərbaycan istisnasız olaraq ancaq Rusiya Federasiyasından alır. Bu mənada Rusiya onun əvəzsiz tərəf-müqabilidir. Ancaq bu, doğru yanaşma deyil. Məsələn, NATO öz tərəfdaşının siyasi reputasiyasını torpaqla bir edib, heç vaxt belə addım atmazdı. Digər tərəfdən Rusiya Minsk Qrupunun üzvüdür. O, tərəflərə münaqişənin sülh yolu ilə həllində yardım göstərməlidir, silah satmalı deyil! ABŞ və Fransa məhz bu mövqedən çıxış edir.

Sidorov onu da bəyan edib ki, fəaliyyətdə olan siyasi güclər münaqişənin o həddə çatmasına, yəni tərəflərə bir-birinin paytaxtını “əlindən almasına” imkan verməz. Lakin o, bu məqamda da İrəvana dəstək məsələsini hətta sətiraltı ifadələrlə dilə gətirməyib. KTMB-nin Ermənistanı dəstəkləmədiyini, Azərbaycana isə müharibə üçün kifayət qədər ipucu verdiyini artıq görməmək mümkün deyil!”

BIR CAVAB BURAXIN