Möcüzə: 1 aylıq körpə dağıntının altından sağ çıxdı

0
670

Suriyanın İdlib şəhərində yerləşən beşmərtəbəli binanın Rusiya qırıcıları tərəfindən hədəf alınması nəticəsində 7 nəfər həlak olub, xeyli insan isə yaralanıb.

 

Axar.az xəbər verir ki, dağıntılar altında axtarışlara başlayan xilasedicilər sözün əsl mənasında möcüzə ilə qarşılaşıblar.

 

Məlumata görə, uçmuş binanın altından 1 aylıq körpə sağ çıxarılıb.

 

Onu xilas edən Əbu Kilfə adlı şəxs isə sevincindən göz yaşlarını saxlaya bilmədiyini deyib:

 

“Onu binanın 4-cü mərtəbəsində tapdıq. Yaşayırdı. Allahın izni ilə onu sağ çıxarmağı bacardıq. Qız bir aylıqdır”.

BIR CAVAB BURAXIN