MKİ direktorundan xəbərdarlıq: “İŞİD terror törədəcək”

0
561

“Terrorçu İŞİD qruplaşması öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror törədəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Senatın Kəşfiyyat üzrə komitəsindəki çıxışında bildirib.
O qeyd edib ki, İŞİD-in Qərb ölkələrində terror hücumları təşkil etməsi üçün istifadə edəcəyi potensial silahlıları var. MKİ direktorunun ehtimalına görə, İŞİD Qərb dövlətlərinə adamlarını qaçqın və ya adi turist kimi göndərə bilər.
C.Brennan bu terrorçu qruplaşmanı “daha təhlükəli düşmən” adlandırsa da, onların xilafət quracağının mümkünsüzlüyünü də vurğulayıb.
O deyib ki, İŞİD-in əsas maliyyə mənbəyini neftdən gələn gəlirlər təşkil edir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın maliyyə nazirinin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə köməkçisi Deniel Qleser Konqresdəki dinləmələrdə ötən il İŞİD-in gəlirinin bir milyard dollara yaxın olduğunu, onun yarısının isə neft satışından əldə etdiyini söyləmişdi.

BIR CAVAB BURAXIN