Yay transferinin son günündə Sankt-Peterburqun “Zenit” futbol komandasının belçikalı yarımmüdafiəçisi Aksel Vitselin Turinin “Yuventus komandasına transferi baş tutmayıb. Buna səbəb isə “Zenit”in baş məşqçisi Mirça Luçeskunun Vitselin “Yuventus”a keçidinə razılıq verməməsi olub. Mirça Luçesku: “Vitsel komandamız üçün əvəzedilməz oyunçudur. Mən rəhbərlik qarşısında Vitselin yerinə onu əvəzedəcək oyunçunun tapılması məsələsini qaldırmışdım. Ancaq Vitselin yerinə onu əvəz edə biləcək oyunçu transferi baş tutmadı. Bunu nəzərə alaraq Vitselin “Yuventus”a transferini məqsədəuyğun hesab etmədim. Çünki bütün hallarda komandanın oyunu üçün məsuliyyəti mən daşıyıram. İndiki vəziyyətdə Vitseli əvəz edə biləcək oyunçu transfer etmədən onun transferinə razılıq vermək bir baş məşqçi kimi mənim üçün məsuliyyətsizlik demək olardı və mən də buna gedə bilməzdim”,- deyib.
Qeyd edək ki, Vitselin yerinə “Benfika”nın yarımmüdafiəçisi Andreas Samarisin transfer edilməsi nəzərdə tutulurdu. Lakin tərəflər bu transfer barədə razılığa gələ bilmədilər.
Hazırladı: Əziz Mustafa