Millət vəkili məşhur şirkətini satdı

0
634
4 noyabr — 13:29

Milli Məclisini deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev “Avromed”in təsisçiliyindən imtina edib və səhmlərini satıb.

Bakipost.az xəbər verir ki, millət vəkili səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəyişib.

Belə ki, şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib. Şirkətdən xəbəri təsdiqləyiblər və bildiriblər ki, bu dəyişikliklər 3 ay öncə baş verib. Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib. Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə “Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.

BIR CAVAB BURAXIN