Meydançaya çıxmamış qırmızı vərəqə aldı

0
384

 

 

Avstraliyada yaşıl meydanda qeyri-adi epizod baş verib.

Axar.az xəbər verir ki, “Melbrun Siti”nin hücumçusu Tim Kehl meydançaya çıxmağa hazırlaşarkən hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

Həmin epizod matçın sonlarına yaxın baş verib. 37 yaşlı hücumçu meydana çıxmağa hazırlaşan vaxtı hakimlə söhbət edirmiş. Bu an isə hakim T.Kehlə qırmızı vərəqə göstərərək onun meydana daxil olmasına icazə verməyib.

Bundan sonra meydanda futbolçular arasında gərginlik daha da artıb.

Avstraliya millisinin keçmiş üzvü Mark Bosniç məsələyə aydınlıq gətirərək deyib ki, T.Kehl hakimə stadiondakı böyük ekrana baxmağı təklif edib və ona qalmaqallı epizodun çirkinlik olduğunu söyləyib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + 9 =